Cümə
Fev 07

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Qış transferlərini davam etdirən "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

King.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbula səfər edən Karlos Kuesta "Qalatasaray"la 3.5 illik müqavilə imzalayıb.

Tərəflər arasında razılaşmaya əsasən, "Qalatasaray" Karlos Kuesta üçün "Genk"ə 8 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Cimbom" daha əvvəl Ahmet Kutucu, Alvaro Morata və Mario Lemina ilə müqavilə imzalayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.