Çərşənbə
Fev 05

"Turan Tovuz" azarkeşləri klubu ziyana saldılar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3500 manat cərimələyib.

King.Az xəbər verir ki, bölgə təmsilçisi Azərbaycan Premyer Liqasının XXI turunda evdə "Səbail"lə oyunda (1:1) yaşananlara görə ziyana düşüb.

Sözügedən qarşılaşmada komandanın birbaşa qırmızı vərəqə alan futbolçusu Kauan Martins bir matçlıq cəzalanıb, kluba 1000 manat cərimə tətbiq olunub.

İlk hissənin sonunda meydan sahiblərinin məşqçisi Ruslan Abışov hakimin qərarına etiraza görə qırmızı vərəqə görüb. Mütəxəssisə biri şərti olmaqla 2 oyunluq cəza kəsilib, klub 1500 manat cərimələnib. Abışova 3 ay sınaq müddəti tətbiq edilib.

Tovuz təmsilçisi, həmçinin azarkeşlərin referilərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından əlavə 1000 manat ödəyəcək.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.