Cümə
Yan 31

Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça" pley-offda, "Beşiktaş" turniri tərk etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
UEFA Avropa Liqasında liqa mərhələsinə yekun vurulub.

King.Az xəbər verir ki, 1/8 finala birbaşa vəsiqə qazanmaq şansı olan "Qalatasaray" fürsəti əldən verib.

"Cim-bom" səfərdə "Ayaks"a uduzaraq pley-offa vəsiqə ilə kifayətlənib - 2:1.

Yarışın yekun cədvəlində "aslanlar" 13 xalla 14-cü olublar.

Türkiyə təmsilçilərindən "Fənərbağça" "Midtülland"la 2:2 hesablı heç-heçə ilə turnir cədvəlində 24-cü komanda kimi adını pley-offa yazdırıb.

"Beşiktaş" isə səfərdə "Tvente"yə minimal hesabla məğlub olaraq yarışla vidalaşıb - 1:0.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.