Çərşənbə axşamı
Yan 21

Özbəkistanlı futbolçu "Mançester Siti"də

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Özbəkistanlı müdafiəçi Abdukodir Xusanov Fransanın "Lens" futbol klubundan İngiltərənin "Mançester Siti" klubuna keçib.

King.Az xəbər verir ki, bu barədə "Mançester Siti"nin Mətbuat Xidməti məlumat yayıb.

20 yaşlı futbolçu ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Xusanov keçmiş Sovet İttifaqı ölkəsindən olan yeddinci "Mançester Siti" oyunçusudur. 2001-ci ildən bəri klubda rusiyalı yarımmüdafiəçi Andrey Kançelskis, gürcüstanlı müdafiəçilər Kaxaber Tsxadadze və Murtaz Şelia, yarımmüdafiəçilər Georgi Kinkladze və Mixail Kavelaşvili, ukraynalı müdafiəçi Zinçenko çıxış ediblər.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.