Çərşənbə axşamı
Yan 14

Hakim Ziyeş karyerasını İtaliya nəhəngində davam etdirə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Qalatasaray" klubunun ulduz futbolçusu Hakim Ziyeş karyerasını İtaliya nəhəngi "Napoli"də davam etdirə bilər.

King.Az "Aspor"a istinadən xəbər verir ki, "Napoli" klubu hücum xəttini mərakeşli futbolçu ilə gücləndirmək qərarına gəlib.

"Qalatasaray" rəsmiləri 31 yaşlı hücumçunun keçidi üçün İtaliya klubundan minimum 10 milyon avro tələb ediblər.

Qeyd edək ki, "Qalatasaray"la 34 rəsmi oyunda meydana çıxan Ziyeş səkkiz qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.