Bazar ertəsi
Yan 13

Çiro İmmobile "Beşiktaş"dan ayrılır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Beşiktaş" klubunun ulduz futbolçusu Çiro İmmobile karyerasını İtaliyada davam etdirmək istəyir.

King.Az "SporX"ə istinadən xəbər verir ki, "Beşiktaş" rəsmiləri futbolçunun ayrılmasını istəməsələr də, İmmobile qərarında qətidir.

Türkiyə mediasında yayılan xəbərlərə görə, Çiro İmmobilenin meneceri "ağ-qaralar"ın rəsmiləri ilə görüşmək istədiyini bildirib.

Qeyd edək ki, Çiro İmmobile bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 23 oyunda 14 qolla yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.