0
Bazar ertəsi
yan 13

"Barselona" "Real Madrid"lə görüşdə tarixi uğura imza atıb

HASANLY
İspaniya Superkubokunun final matçında "Real Madrid"lə qarşılaşan "Barselona" tarixi uğura imza atıb.

King.Az xəbər verir ki, Kataloniya klubu tarixində ilk dəfə "Real Madrid"ə qarşı oyunlarda ardıcıl iki dəfə dörd və ya daha çox qol vurmağı bacarıb. Komandalar arasında əvvəlki oyun İspaniya çempionatı çərçivəsində "Santyaqo Bernabeu" stadionunda keçirilib və Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın 4:0 hesablı darmadağınlı qələbəsi ilə yekunlaşıb.

İspaniya Superkubokunun yarımfinalında "Barselona" klubu "Atletik Bilbao"ya qarşı güclü olduğunu sübut edib, "Real Madrid" isə "Malyorka"ya qalib gəlib. Superkubokun final oyunu isə kataloniyalıların 5:2 hesablı darmadağını ilə başa çatıb.

İspaniya çempionatının cari mövsümünün turnir cədvəlində Karlo Ançelottinin rəhbərlik etdiyi "Real Madrid" 43 xalla ikinci pillədə qərarlaşıb. Birinci yerdə qərarlaşan "Atletiko" ilə fərq bir xaldır. Siyahıda üçüncü pillədə qərarlaşan "Barselona"nın aktivində 38 xal var.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.