Bazar ertəsi
Yan 13

"Napoli" Kvaratsxeliyaya əvəzedici tapıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İtaliyanın "Napoli" klubu qış transfer pəncərəsində Fransanın PSJ klubuna keçmək niyyətində olan gürcüstanlı hücumçu Xviça Kvaratsxeliyanı əvəz edəcək futbolçunu tapıb.

King.Az xəbər verir ki, bu barədə "Sportitalia" nəşri məlumat yayıb.

Belə ki, "Napoli" "Mançester Yunayted"in 20 yaşlı yarımmüdafiəçisi Alexandro Qarnaçonu transfer etməyi düşünür.

Qeyd olunur ki, artıq İtaliya klubunun rəhbərliyi "Mançester Yunayted"lə danışıqlara başlayıb. Mənbə yazır ki, İngiltərə klubu Qarnaçonun transfer qiymətini 50 milyon avro dəyərində qiymətləndirir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.