0
Şənbə
Yan 11

"Everton" klubunun yeni baş məşqçisinin adı məlum olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Şotlandiyalı futbol mütəxəssisi Devid Moyes İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi təyin edilib.

King.Az xəbər verir ki, bu barədə "Everton" klubunun Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda 61 yaşlı mütəxəssisin klubun saytına verdiyi qısa açıqlama da yer alıb:

"Buraya qayıtmaq çox gözəldir! Evertonda 11 gözəl və uğurlu il keçirdim və klub mənə təklif göndərəndə heç bir tərəddüd etmədim. İndi bizim bu mövsüm uğur qazanmağımız üçün azarkeşlərimizin dəstəyinə ehtiyacımız var".

Məlumat üçün əlavə edək ki, hazırda "Everton" klubu futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı yerdə qərarlaşıb və komanda aşağı diviziona düşmək təhlükəsi ilə üz-üzədir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.