0
Çərşənbə
Yan 08

Rəqib komandanın qapıçısını itələyən Vinisiusun aqibəti bəlli olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniya Kral Futbol Federasiyasının İntizam komitəsi braziliyalı hücumçu Vinisius Junioru "Valensiya"nın qapıçısı Stole Dimitriyevskini itələdiyinə görə iki oyunluq diskvalifikasiya edib və cərimələyib.

King.Az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyanın Mətbuat Xidməti məlumat yayıb.

İspaniya çempionatının XII turunun matçında Vinisius "Valensiya"nın qapıçısı Dimitrievskini itələyərək yerə yıxıb və matçın 79-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. İntizam Komitəsi diskvalifikasiyadan əlavə "Real Madrid"i 700 min, Vinisiusu 600 min avro cərimələyib.

Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.