Çərşənbə
Yan 08

İngiltərə Liqa Kuboku: "Arsenal" ev matçında "Nyukasl"a uduzdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə Liqa Kubokunun ilk yarımfinal oyununda London "Arsenal"ı evdə "Nyukasl"a uduzub.

King.Az xəbər verir ki, "topçular" 2 cavabsız qol buraxaraq meydanı məğlub tərk ediblər - 0:2.

Komandalar arasında cavab oyunu fevralın 5-də Nyukaslda keçiriləcək.

Yanvarın 8-də isə ikinci yarımfinal cütünün ilk görüşü baş tutacaq. Londonun digər təmsilçisi "Tottenhem" paytaxt stadionunda "Liverpul"la qarşılaşacaq. Cavab matçı fevralın 6-da Liverpulda oynanılacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.