0
Bazar ertəsi
yan 06

Juninyonun "Qarabağ"dan ayrılacağı tarix bəlli oldu

HASANLY
"Qarabağ" klubunun ulduz futbolçusu Olavio Juninyonun Azərbaycandan ayrılacağı tarix bəlli olub.

King.Az xəbər verir ki, braziliyalı forvard bu həftə İspaniyaya gedərək "Sevilya" klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

"Qarabağ" futbolçunun keçidindən dörd milyon avro gəlir əldə edəcək.

Bundan əlavə Əndəlüs təmsilçisi qitənin bir nömrəli klub turnirinə qatılsa, "köhlən atlar"a 250 min avro ödəyəcək. "Qarabağ" 28 yaşlı hücumçunun növbəti satışından isə 20 faiz gəlir əldə etmək hüququna da malik olacaq.

Qeyd edək ki, Olavio Juninyo özü də bu keçid üçün "Qarabağ"a bir milyon avro ödəməli olacaq.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.