0
Bazar ertəsi
Yan 06

A Seriyası: "Roma" derbidən 3 xalla ayrıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İtaliya A Seriyasının XIX turu çərçivəsində bu gün Roma derbisi baş tutub.

King.Az xəbər verir ki, şəhərin eyniadlı komandası "Latsio"nu qəbul edib.

Görüşə meydan sahibləri üstün başlayıb. Hesab erkən açılıb. Lorentso Pelleqrini fərqlənib. Çox keçmədən Aleksis Saelemakers adını tabloya yazdırıb - 2:0.

"Roma"nın 23 xalı var və A Seriyasında 10-cu yerdədir. "Latsio" 35 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Napoli" başçılıq edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.