0
Cümə
Yan 03

Özbəkistan millisinin gənc futbolçusu karyerasını "Mançester Siti"də davam etdirə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə çempionu "Mançester Siti" Özbəkistan millisinin mərkəz müdafiəçisi Abdukodir Xusanovu heyətinə qatmaq istəyir.

King.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

"Şəhərlilər" sözügedən transferi yaxın zamanda həyata keçirməyi planlaşdırırlar. Hazırda Fransanın "Lans" komandasında çıxış edən 20 yaşlı futbolçu bir neçə aparıcı klubun maraq dairəsindədir.

Qeyd edək ki, A.Xusanov Özbəkistan yığmasının heyətində 18 qarşılaşmada meydana çıxıb. "Transfermarkt" portalı onun dəyərini 12 milyon avro qiymətləndirir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.