0
Cümə
Yan 03

İtaliya Superkuboku: Müdafiəçinin dublu "İnter" - "Atalanta" matçının taleyini həll etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"İnter" və "Atalanta" İtaliya Superkubokunun yarımfinal matçında qarşılaşıblar.

King.Az xəbər verir ki, oyun Ər-Riyadda keçirilib.

Görüş 2:0 hesabı ilə Milan təmsilçisinin xeyrinə başa çatıb.

Matçda hər iki qolu 49 və 61-ci dəqiqələrdə"İnter"in müdafiəçisi Denzel Dumfris vurub.

Qeyd edək ki, yanvarın 3-də İtaliya Superkubokunun ikinci yarımfinal oyunu keçiriləcək və meydanda "Yuventus" "Milan"la qarşılaşacaq.

Həlledici oyun isə yanvarın 6-da baş tutacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.