0
Çərşənbə axşamı
Dek 31

Makqreqor boks rinqinə qayıdır

HASANLY
İrlandiyalı MMA (qarışıq döyüş növləri) döyüşçü Konor Makqreqor yutuber Loqan Polla boks döyüşünə hazırlaşmağa başlayıb.

King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının nümayəndələri məlumat verib.

Döyüşün 2025-ci ilin yayında Hindistanda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Makqreqorun 36 yaşı var və MMA karyerası ərzində 22 qələbə qazanıb, altı dəfə məğlub olub. O, 2017-ci ildə peşəkar boksçu Floyda Meyvezerlə rinqdə qarşılaşmış və məğlub olmuşdu

Ötən ay Loqan Polun qardaşı, yutuber Ceyk Pol boks döyüşündə Mayk Taysonu məğlub etmişdi.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.