Cümə
Dek 27

İngiltərə Premyer Liqası: "Arsenal" autsayderlə qarşılaşacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Bu gecə İngiltərə Premyer Liqasında XVIII tura iki görüşlə yekun vurulacaq.

King.Az xəbər verir ki, əsas görüşdə "Arsenal" doğma meydanda autsayder "İpsviç"i qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 00:15-də start götürəcək.

Gecənin digər oyununda isə "Brayton" "Brentford"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, turun digər vacib oyunlarında "Mançester Yunayted" "Vulverhempton"a 0:2, "Çelsi" "Fulhem"ə 1:2, "Tottenhem" "Nottingem"ə 0:1 hesabı ilə məğlub olub. "Mançester Siti" isə "Everton"la görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.