Cümə axşamı
Dek 26

"Qalatasaray" gürcüstanlı futbolçunun transferi üçün "Lion"la razılıq əldə etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyənin "Qalatasaray" klubu Jorji Mikautadzenin transferi üçün "Lion"la razılaşıb.

King.Az "SporX"ə istinadən xəbər verir ki, Fransa klubu "Qalatasaray"dan 25 milyon avro tələb etsə də, Türkiyə təmsilçisi 17 milyon avroluq təklif irəli sürüb.

Tərəflər arasında ilkin razılıq əldə olunub, Mikautadze klub rəsmiləri ilə görüşərək "Qalatasaray"a keçmək istədiyini bildirib.

Qeyd edək ki, Jorji Mikautadze bu mövsüm "Lion" forması ilə çıxdığı 21 oyunda yeddi qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.