Çərşənbə axşamı
Dek 24

"Çelsi"nin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Çelsi" klubunun sabiq hücumçusu Oskar Braziliya klubu ilə razılıq əldə edib.

King.Az xəbər verir ki, Çinin "Şanxay Port" klubu ilə müqaviləsi başa çatan Oskar karyerasını ölkəsində davam etdirəcək.

Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Oskarın "San-Paulu"ya keçəcəyi gözlənilir. Tərəflər arasında 3 illik müqavilə ilə bağlı razılığın əldə olunduğu bildirilir.

Qeyd edək ki, Oskar 2017-ci ilin yanvarında "Çelsi"dən "Şanxay Port"a 60 milyon avro qarşılığında transfer olunmuşdu. Braziliya millisinin sabiq üzvü olan 33 yaşlı futbolçu bu müddət ərzində Çin təmsilçisinin heyətində meydana çıxdığı 248 rəsmi matçda 77 qol və 141 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.