0
Cümə
Dek 20

UEFA Konfrans Liqası: "Çelsi"dən darmadağın, "Başakşəhər"dən heç-heçə

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
UEFA Konfrans Liqasının Liqa mərhələsinin 6-cı turunda İngiltərənin "Çelsi" və İrlandiyanın "Şemrok Rovers" komandalarının qarşılaşdığı matç başa çatıb.

King.Az xəbər verir ki, komandalar Londonda (İngiltərə) "Stemford Bric"də qarşılaşıblar. "Çelsi" rəqibini 5:1 hesabı ilə məğlub edib.

"Çelsi"nin heyətində Mark Guiu het-trik edib, Kirman Dewsbury-Hall və Mark Cucurella hərəyə bir qol vurublar. "Şemrok Rovers"in təsəlli qolunu isə Marcus Poom vurub.

"Çelsi" Konfrans Liqasının ümumi cədvəlində birinci yerdədir. Komanda altı görüşdə 18 xal toplayıb. "Şemrok Rovers" 11 xalla altıncı yerdə qərarlaşıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.