Cümə axşamı
Dek 05

"Atletik Bilbao"ya məğlub olan "Real Madrid" beş il sonra antirekordu təkrarlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniyanın "Real Madrid" komandası beş ildən sonra antirekordunu təkrarlayıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu, Madrid təmsilçisinin La Liqanın XIX turunun öncədən keçirilən matçında səfərdə "Atletik Bilbao"ya uduzması (1:2) ilə reallaşıb.

Beləliklə, "Kral" klubu cari mövsümdəki 5-ci oyununda məğlub olub.

Hazırkı ölkə çempionu son olaraq 2020/2021 mövsümünün ilk yarısında 5 qarşılaşmada yenilib.

Qeyd edək ki, "Real Madrid" daha əvvəl Çempionlar Liqasında İngiltərənin "Liverpul" (0:2), İtaliyanın "Milan" (1:3), Fransanın "Lill" (0:1) komandalarına, La Liqada isə "Barselona"ya (0:4) uduzub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.