Cümə axşamı
Dek 05

İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Yunayted" üzərində inamlı qələbə qazandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə Premyer Liqasının 14-cü turunda "Arsenal" "Mançester Yunayted"i qəbul edib.

King.Az xəbər verir ki, "Emirates" stadionunda keçirilən görüş "Arsenal"ın inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

54-cü dəqiqədə meydan sahiblərinin niderlandlı müdafiəçisi Yurrien Timber hesabı açıb. 73-cü dəqiqədə fransalı Vilyam Saliba ikinci qolu vurub.

Hazırda "Arsenal" turnir cədvəlində üçüncü yerdədir. Komanda 14 oyunda 28 xal toplayıb. "Mançester Yunayted" 19 xalla 11-ci yerdədir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.