0
Cümə axşamı
Dek 05

İngiltərə Premyer Liqası: "Mançester Siti" uğursuzluq seriyasına son qoydu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə Premyer Liqasının 14-cü turun "Mançester Siti" və "Nottingem Forest" komandaları qarşılaşıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, komandalar Mançesterdəki "Etihad" matçda ev sahibləri 3:0 hesabı ilə qələbə qazanıb.

Matçın ilk qolu 8-ci dəqiqədə vurulub. "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva fərqlənib. 31-ci dəqiqədə Kevin De Bruyne hesabda fərqi ikiyə çatdırıb. 57-ci dəqiqədə cinah hücumçusu Jeremi Doku "Siti"nin üçüncü qolunu vurub.

Hazırda "Mançester Siti" İngiltərə çempionatının turnir cədvəlində dördüncü yerdədir. Komanda 14 matçda 26 xal toplayıb. "Nottingem Forest" 22 xalla yeddinci yerdədir.

Qeyd edək ki, bu qələbə sayəsində "şəhərlilər" bütün turnirlərdə yeddi matçlıq uğursuz seriyanı qırıblar.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.