Çərşənbə
Noy 27

Maskerano "İnter Mayami" ilə üçillik müqavilə imzaladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərənin "Liverpul" və İspaniyanın "Barselona" klublarının keçmiş futbolçusu, argentinalı Xavyer Maskerano ABŞ-nin "İnter Mayami" klubunun baş məşqçisi olub.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2027-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub.

Maskerano "İnter Mayami"də müqaviləsi noyabrın 22-də başa çatan argentinalı Xerardo Martinonu əvəzləyib.

Xatırladaq ki, hazırda "İnter Mayami"nin heyətində əvvəllər Maskerano ilə "Barselona"da oynamış Lionel Messi, Serxio Busquets, Luis Suares və Xordi Alba çıxış edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.