Bazar ertəsi
Noy 25

Ronaldunun dublu "Ən-Nəsr"ə qələbə qazanmağa kömək etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Asiya Çempionlar Liqasının Qərb divizionunda beşinci turun oyunları keçirilir.

King.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının portuqaliyalı ulduz Kriştianu Ronaldunun kapitanı olduğu "Ən-Nəsr" klubu səfərdə Qətərin "Əl-Qarafa" komandası ilə qarşılaşıb.

Qonaqlar yalnız ikinci hissədə ev sahiblərinin müqavimətini qıra biliblər - 1:3. Ronaldunun dublu komandasına qələbə qazanmağa kömək edib.

Qeyd edək ki, bu nəticədən sonra Ər-Riyad klubu 13 xalla yarış cədvəlində 2-ci pillədədir. Doha təmsilçisi isə 4 xalla 7-cidir. Turnirə 15 xalla Səudiyyə Ərəbistanının digər nümayəndəsi "Əl-Əhli" başçılıq edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.