Bazar
Noy 24

Pep Qvardiola "Mançester Siti"nin uğursuzluğunun səbəbini açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem"lə oyundakı (0:4) məğlubiyyətdən danışıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, məşqçinin sözlərini BBC çatdırıb.

"Biz bu matçı taktikaya görə yox, psixologiyaya görə uduzduq. Biz əsas məqamlara yanlış reaksiya verdik", - deyə Qvardiola bildirib.

Xatırladaq ki, "Mançester Siti" son 5 oyunun hamısında uduzub. Bu, 18 ildə ilk belə hadisədir.

Hazırda Qvardiolanın yetirmələri 23 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. "Çelsi" 22 xalla üçüncüdür. Turnir cədvəlinə "Liverpul" (28 xal) başçılıq edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.