0
Çərşənbə
Noy 20

DÇ-2026: Lautaro Martinesin baxımlı qol vurduğu oyunda Lionel Messi rekordu təkrarladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Dünya Çempionatının seçmə mərhələsinin 12-ci turu çərçivəsində keçirilən görüşdə Argentina millisi Peru ilə qarşılaşıb.

King.Az xəbər verir ki, meydan sahiblərinin üstünlüyü ilə keçən qarşılaşmada qapılara yalnız bir qol vurulub.

Lautaro Martines 55-ci dəqiqədə Lionel Messinin ötürməsindən sonra hədəfi dəqiq nişan alıb - 1:0.

Xatırladaq ki, bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalan Lionel Messi millinin heyətində assistlərinin sayını 58-ə çatdırıb. O bu göstəricidə indiyədək lider olan ABŞ millisinin əfsanəvi oyunçusu Lendon Donovana çatıb.

Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn Argentina millisi 25 xalla turnir cədvəlinin vahid lideridir. Aktivində yeddi xalı olan Peru isə sonuncu - 10-cu yerdədir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.