Bu gecə Cənubi Amerika ölkələri arasında Dünya çempionatının seçmə mərhələsinin 11-ci turunda Ekvador yığması Boliviyanı qəbul edib.
King.Az xəbər verir ki, qarşılıqlı hücumlarla başlayan görüşdə hesab 26-cı dəqiqədə açılıb. Valensiya penaltini dəqiq yerinə yetirib - 1:0. Qonaqlar özlərinə gəlməmiş daha bir zərbə alıblar. İki dəqiqə sonra Plata Boliviyanı meydanın mərkəzinə dəvət edib - 2:0.
Fasilədən sonra da üstünlüyünü davam etdirən meydan sahibləri daha iki qol vurublar.
Əvvəlcə Plata 49-cu dəqiqədə dubla imza atıb - 3:0. Ardınca Minda 61-ci dəqiqədə görüşdə son nöqtəni qoyub - 4:0. Ekvador Boliviyaya ardıcıl səkkizinci matçda qalib gəlib.
Qeyd edək ki, üç xalı silinmiş Ekvador millisi 16 xalla seçmə mərhələnin beşinci pilləsində qərarlaşır. Aktivində 12 xalı olan Boliviya səkkizincidir.

Oxşar Mövzular

27 Sentyabr Müstəqillik Tariximizin Şərəf Səhifəsidir
27-09-2024, 00:00Qızılın qiyməti 4 200 dolları ötdü
13-11-2025, 13:54Ər-Riyadda ABŞ-Rusiya danışıqları başlayıb
18-02-2025, 13:35