Bazar
Noy 10

İPL: "Liverpul" liderliyini möhkəmləndirdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə Premyer Liqasında 11-ci turun görüşləri keçirilir.

King.Az xəbər verir ki, yarışın lideri olan "Liverpul" doğma meydanda "Aston Villa"nı qəbul edib.

Mersisaydlılar rəqibə şans verməyiblər. Nunyes və Salahın qolları komandaya vacib üç xalı təmin edib - 2:0.

Bu qələbə sayəsində "Liverpul" (28 xal) liderliyini möhkəmləndirərək, ikinci sıradakı "Mançester Siti" (23 xal) ilə fərqi artırıb. "Aston Villa" isə 18 xalla 8-ci pillədə qərarlaşıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.