Çərşənbə axşamı
Noy 05

Robert Levandovskinin evi İspaniyadakı güclü daşqınlar nəticəsində zərər görüb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovskinin evi ölkədəki güclü daşqınlar nəticəsində zərər görüb.

King.Az "Goal"a istinadən xəbər verir ki, Kasteldelfesdə (Kataloniya) yaşayan polşalı futbolçu yollardakı sel səbəbindən məşqə getməkdə çətinlik çəkib.

36 yaşlı ön xətt oyunçusunun həyat yoldaşı sosial şəbəkələrdə evlərinin qarajının su altında qaldığını bildirib.

Qeyd edək ki, son məlumatlara görə, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.