1
Bazar
Noy 03

A Seriyası: Lider "Napoli" evdə "Atalanta"ya böyük fərqlə uduzdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İtaliya A Seriyasında 11-ci turun mərkəzi qarşılaşması baş tutub.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, çempionatın lideri "Napoli" doğma meydanda iddialı "Atalanta"nı qəbul edib.

Görüş gözlənilməz hesabla yekunlaşıb. Belə ki, meydan sahibləri öz qapılarından üç cavabsız top buraxıblar. Lukman dubla imza atıb - 0:3.

Bu nəticə sayəsində "Napoli" 25 xalla liderliyini qorusa da, "Atalanta" xallarını 22-yə çatdıraraq ikinci pilləyə yüksəlib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.