Çərşənbə
Okt 30

Süni intellekt Türkiyə Superliqasında hansı klubun çempion olacağını açıqlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Süni intellekt Türkiyə Superliqasında 2024-2025 mövsümündə hansı klubun çempion olacağını açıqlayıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, "Qalatasaray" klubu mövsümü 92 xalla lider olaraq tamamlayacaq. "Sarı-qırmızılar"ın çempionluq ehtimalı isə 66.9 faizə bərabərdir.

Süni intellektin hesablamalarına görə, "Fənərbağça" klubu mövsümü 88 xalla ikinci pillədə başa vuracaq. "Sarı-lacivərdlər"in çempionluq şansı 28.1 faiz nisbətindədir.

İlk üçlüyü isə digər İstanbul nəhəngi "Beşiktaş" tamamlayır. "Ağ-qaralar"ın mövsümü 78 xalla başa vuracağı ehtimal olunub - klubun çempionluq şansı cəmi 5.0 faiz olaraq göstərilib.

Qeyd edək ki, "Adana Demirspor" klubunun isə bu mövsüm 18 xal toplayaraq autsayder olacağı bildirilib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.