Bazar
Okt 06

"Barselona" "Alaves" üzərində inamlı qələbə qazandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniya La Liqasının 9-cu turunda "Alaves" və "Barselona"nın qarşılaşdığı matç başa çatıb.

King.Az xəbər verir ki, oyun Vitoriyadakı "Mendisorrosa" stadionunda baş tutub. Baş hakim qismində Mihel Anxel Ortis Aryas çıxış edib. Hakimin start fiti Bakı vaxtı ilə saat 18:15-də səslənib. Görüş 0:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Görüşün əsas qəhrəmanı Kataloniya komandasının hücumçusu Robert Levandovski olub. Polşalı forvard ilk hissədə üç qol vurub.

"Barselona" İspaniya La Liqasının turnir cədvəlində birinci yerdədir. Komanda doqquz görüşdə 24 xal toplayıb. "Alaves" 10 xal toplayıb və 12-ci pillədə qərarlaşıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.