Ermənistanın xarici işlər naziri (XİN) Ararat Mirzoyanı döyməkdə ittiham olunanlardan biri Ara Badoyan 3.5 il müddətinə azadlıqdan məhrum edilib.
King.Az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat verib.
Onun həbsdə qalmasına hələ 1 il 11 ay 23 gün qalıb.
Prokurorluq hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.
Ümumi yurisdiksiya məhkəməsində qərar elan edildikdən sonra Badoyanın vəziyyəti pisləşib və təcili yardım çağırılmalı olub.
Bundan əvvəl Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Milli Assambleyada bəyan etmişdi ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə parlamentin keçmiş spikeri, Ermənistanın indiki XİN rəhbəri Ararat Mirzoyana qarşı sui-qəsd cəhdi ilə bağlı tezliklə yeni həbslər olacaq.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-na keçən gecə Azərbaycanla Üçtərəfli Bəyanatın imzalanması elan edildikdən sonra İrəvanda parlament və hökumət binaları qarşısında kütləvi iğtişaşlar başlayıb.
İğtişaşçılar Milli Assambleyanın binasına daxil olublar. Bundan əlavə, Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində Mirzoyanın avtomobilini görənlər ona hücum edərək döyüblər. Parlamentin ozamankı sədri çoxsaylı sınıqlar və digər bədən xəsarətləri ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Oxşar Mövzular

Gündəlik Bürclər-(11.07.2025)
11-07-2025, 00:00
Gündəlik Bürclər-(25.03.2025)
24-03-2025, 23:39
Nikol Paşinyan Rusiyaya səfərə yollanıb
13-12-2024, 12:46