Böyük Britaniyanın "MI6" kəşfiyyatına ilk dəfə qadın rəhbərlik edəcək.
Bu barədə King.Az "The Times" qəzetinə istinadla xəbər verir.
Bu, Ceyms Bond haqqında filmlərdə aktrisa Cudi Dençin "MI6"nın rəhbəri rolunu oynadıqdan illər sonra baş verir.
Qeyd olunur ki, yekun namizədlər qismində üç qadın nəzərdən keçirilir. Bunlardan yalnız biri məlumdur - Böyük Britaniyanın Çindəki keçmiş səfiri Barbara Vudvord.
Lakin məqalədə deyilir ki, o, Pekinə simpatiyasına görə daim tənqid olunur.
Oxşar Mövzular
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb
25-04-2025, 16:47Bu gün geomaqnit qasırğası gözlənilir
25-01-2025, 17:02