0
Bazar ertəsi
May 12

Hindistan Ermənistana yenə silah göndərəcək

HASANLY

Hindistan iyul ayında Ermənistana "Akash" zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək.

King.Az xəbər verir ki, bu barədə "IADN Centre" məlumat yayıb.

Qeyd edək ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (1.207 milyard manat) dəyərində 15 vahid "Akash" raket sisteminin alınması barədə müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.

"Bharat Electronics Limited" tərəfindən istehsal edilən "Akash" silah sisteminin hər batareyası bir passiv 3D elektron skan radarlı və hər birində üç raket olan dörd buraxıcı qurğu ilə müşayiət olunur ki, bunların hamısı bir-biri ilə əlaqəlidir.

Qeyd edək ki, Hindistan ötən il noyabr ayında Ermənistana Akash zenit-raket komplekslərinin ilk batareyasını göndərib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.