Avropa ölkələri və ABŞ sakinlərinin təxminən yarısı 5-10 ildən sonra yeni dünya müharibəsinin başlayacağına inanır. Sorğuda iştirak edənlər belə bir münaqişədə nüvə silahından istifadəni istisna etməyiblər.
King.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti "YouGov" sorğusunun məlumatlarına istinadən məqalə dərc edib.
"Beş Avropa ölkəsində - Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada sorğuda iştirak edən respondentlərin 41%-dən 55%-ə qədəri yaxın 5-10 il ərzində yeni dünya müharibəsinin baş verə biləcəyinə inandıqlarını bildirib. Bu mövzuda amerikalıların 45%-i həmfikir olub", - deyə məqalədə qeyd olunub.
Məsələn, ABŞ-də respondentlərin 45%-i, Böyük Britaniyada 41%-i, Fransada 55%-i bu fikirdədir.
Məlumata görə, qeyd olunan Avropa ölkələri və ABŞ-də respondentlərin əksəriyyəti (68%-dən 76%-ə qədər) hesab edir ki, istənilən yeni münaqişədə nüvə silahından istifadə olunacaq.
Oxşar Mövzular
Çin şirkəti Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsal edəcək
10-09-2025, 13:49Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
26-02-2025, 00:33Pezeşkian Rusiya və Çin liderləri ilə görüşəcək
19-10-2024, 21:47