ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) 2022-ci ildən bəri ilk dəfə azalıb.
King.Az RBK-ya istinadla xəbər verir ki, 2025-ci ilin birinci rübündə inflyasiya nəzərə alınmaqla bu göstərici illik hesablamada 0.3 faiz azalıb.
Bu, artımın 3 faiz qeydə alındığı əvvəlki iki il və ÜDM-in 2,4 faiz artdığı 2024-cü ilin dördüncü rübündən kəskin şəkildə fərqlidir.
Analitiklər bunu onunla əlaqələndirirlər ki, ABŞ Prezidenti Donald Tramp miqyaslı idxal rüsumları tətbiq etmək planlarını açıqladıqdan sonra Amerika şirkətləri mümkün qədər çox mal ehtiyatı toplamaq qərarına gəliblər.
Nəticədə, mart ayında ABŞ-nin mallar üzrə ticarət kəsiri rekord həddə çatıb.
Oxşar Mövzular
SEPAH generalı İran xalqını "böyük əməliyyata hazırlaşmağa" çağırdı
29-03-2025, 12:57Şarj etmədən smartfonun işləmə müddətini belə UZADIN
9-12-2024, 01:58
Gündəlik Bürclər-(23.11.2025)
23-11-2025, 00:00