0
Çərşənbə
Apr 23

Kiyev Londonda Trampın planını, yoxsa 30 günlük atəşkəsi müzakirə etmək istəyir?

HASANLY

Londonda keçirilən danışıqlarda Kiyev ABŞ Prezidenti Donald Trampın sülh planını deyil, 30 günlük atəşkəs rejimini müzakirə etmək istəyir.

King.Az xəbər verir ki, bu barədə "Axios" portalı adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bundan əvvəl "Washington Post" qəzeti yazıb ki, ABŞ Londonda danışıqlarda Kiyevə və Avropa ölkələrinin nümayəndələrinə Krımı Rusiya kimi tanımağı və hazırkı təmas xətti boyunca hərbi əməliyyatları dayandırmağı təklif edəcək. Vaşinqton, həmçinin Kiyevdən və Avropa paytaxtlarından Rusiyaya qarşı sanksiyaları ləğv etməyi tələb edəcək.

Məlumata görə, Kiyev Vaşinqtonun bəzi təklifləri ilə razıdır, lakin təşəbbüslərin bir hissəsi Ukrayna üçün qəbuledilməzdir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.