0
Bazar ertəsi
Apr 21

Roma Papası Fransisklə vida mərasiminin ilkin tarixi açıqlandı

HASANLY

"Bütün dindarlar tərəfindən ehtiramın göstərilməsi üçün Roma Papası Fransiskin nəşinin aprelin 23-ü səhər saatlarında bazilikaya köçürülməsi baş tuta bilər".

King.Az "Ansa" agentliyinə istinadla xəbər verir ki, bunu Vatikanın Mətbuat Xidmətinin direktoru Matteo Bruni deyib.

Onun sözlərinə görə, nəşin köçürülməsi sabah ilk Kardinallar Konqreqasiyasından sonra müəyyən ediləcək prosedurlara uyğun həyata keçiriləcək və bu barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Roma Papası Fransisk bu gün 88 yaşında dünyasını dəyişib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.