Ermənistan BMT-nin Baş Assambleyasının Rusiyaya qarşı ittihamları ehtiva edən qətnaməsinə səs verib.
King.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
"BMT ilə regional və digər təşkilatlar arasında əməkdaşlıq: Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq" adlı sənədin lehinə 105, əleyhinə doqquz ölkə səs verib, 33 ölkə isə bitərəf qalıb. Azərbaycan və İsrail səsvermədə iştirak etməyib.
Qətnamənin preambulasında Rusiyanın Ukrayna və Gürcüstana aqressiyasından bəhs edilir. Qətnamədə, həmçinin Rusiyanın Ukraynaya aqressiya cinayəti üzrə xüsusi tribunalın yaradılması üzərində işdən bəhs edilir.
Oxşar Mövzular
