Cümə axşamı
Apr 17

Trampın nümayəndəsi Qəzzada atəşkəs şərtlərini açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında döyüş əməliyyatlarına son qoyulması üçün bütün girovları azad etməlidir".

King.Az-ın xəbərinə görə, bu sözləri ABŞ prezidentinin girovlarla iş üzrə nümayəndəsi Adam Bouler "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.

"Mən sizə deyə bilərəm ki, girovlar azad edilərsə, döyüş əməliyyatları dərhal dayandırılacaq", - deyə Bouler bildirib.

ABŞ nümayəndəsinin sözlərinə görə, girovların azad edilməsi regionda sülhün bərqərar olması istiqamətində ilk və ən mühüm addımdır.

"İkinci addım - gəlin bununla daha sonra məşğul olaq", - deyə o, sonrakı danışıqların və münaqişənin həllinin vacibliyinə işarə edib.

Adam Bouler, həmçinin ABŞ-nin azadlığa buraxılmasına nail olmağa çalışdığı İsrail-ABŞ-li girov Edan Aleksanderin təhlükəsiz yerdə olduğuna əminliyini ifadə edib. O qeyd edib ki, bu məsələyə beynəlxalq diqqəti nəzərə alaraq HƏMAS tərəfindən ona zərər vurulması "ağılsızlıq" olardı.

Gərgin vəziyyətə baxmayaraq, ABŞ prezidentinin nümayəndəsi hesab edir ki, İsrail və HƏMAS arasında danışıqlar hələ də baş tuta bilər.

"Düşünürəm ki, bu, mümkündür. HƏMAS buna son qoya bilər", - deyə o bildirib və Fələstin hərəkatını sülh prosesinə başlamaq üçün güzəştə getməyə və girovları azad etməyə çağırıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.