Şənbə
Apr 12

Paşinyana alma atan şəxsin aqibəti bəlli oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İrəvan məhkəməsi cümə günü keçirilən iclasda baş nazir Nikol Paşinyana pəncərədən alma atan 72 yaşlı şəxsə bəraət verib.

King.Az "Sputnik"ə istinadən xəbər verir ki, hadisə ötən ilin avqust ayında İrəvanda baş verib.

Albert Arstamyanın əleyhinə "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.

Lakin məhkəmə qərarında yaşlı şəxsin hərəkətlərində cinayət tərkibi tapmayıb.

Jurnalistlərlə söhbətində kişi bəraət qərarının onun üçün gözlənilməz olduğunu etiraf edib. O, həmçinin bununla Paşinyanın siyasətinə etirazını ifadə etdiyini və peşman olmadığını qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.