Aprelin 12-də Omanda keçiriləcək ABŞ-İran danışıqlarının yeni detalları məlum olub.
King.Az bu barədə "NourNews"a istinadən xəbər verir.
Belə ki, İranı danışıqlarda bu ölkənin XİN başçısı Abbas Əraqçı, ABŞ-ni isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edəcək.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın birbaşa müzakirə apardığını bildirmişdi. Onun sözlərinə görə, ölkəsi İranın nüvə inkişafı ilə bağlı məsələni danışıqlar yolu ilə həll etməyə üstünlük verəcək.
Oxşar Mövzular
"Traktor" klubu Musa Qurbanlının transferində maraqlıdır
10-12-2024, 01:10İnsanların Marsa uçuşu yaxın 10 il ərzində mümkün olacaq
13-04-2025, 17:32Zelenski Prezident Aparatı rəhbərinin müavinini işdən çıxardı
31-12-2024, 01:43