Rusiya Xarici İşlər Nazirliyi (XİN) əcnəbilərə verilən elektron giriş vizalarının etibarlılıq müddətinin 60 gündən 120 günə qədər artırılmasını təklif edir.
King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə qanunvericiliyə müvafiq dəyişikliklərə dair izahat qeydində bildirilir.
"Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından çıxış qaydası haqqında" qanuna dəyişiklik edilməsi haqqında federal qanun layihəsində bir elektron vizanın qüvvədə olma müddətinin 60 gündən 120 günə, habelə xarici vətəndaşın Rusiya Federasiyasında icazə verilən qalma müddətinin 16 gündən 30 günə qədər artırılması nəzərdə tutulur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyada vahid elektron viza sistemi 2023-cü il avqustun 1-dən fəaliyyət göstərir.
Oxşar Mövzular

Avropadakı epimediya fransızları təşvişə saldı - Nazirdən ÇAĞIRIŞ
11-01-2025, 14:24
Türkiyədə yeni tipli hərbi platformalar yaradılacaq
29-10-2024, 23:02
AYNA: Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir
15-01-2025, 22:38