Şənbə
Mar 29

Zelenski Rusiya ilə birbaşa danışıqlara başlamaq üçün şərtləri açıqlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Moskva ilə birbaşa danışıqlara hazır olduğunu bildirib.

King.Az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb.

Bununla belə, o, Rusiya prezidenti Vladimir Putinlə məsələləri müzakirə etmək istəmir.

"Düşünürəm ki, prinsipcə biz Putinlə deyil, Rusiyanı təmsil edəcək biri ilə danışmağa razı olardıq", - Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiyada Ukrayna ilə danışıqlar aparmaq iqtidarında olan və hazırkı münaqişəyə necə son qoymaq barədə təsəvvürü olan insanlar var.

Bu arada məlum olub ki, Ukrayna münaqişəsinin həlli üzrə Rusiya-ABŞ danışıqlarının yeni mərhələsi aprelin ortalarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilə bilər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.