"Heineken" şirkəti Konqoda yerləşən pivə zavodunu davamlı qarətlər səbəbi ilə bağlayıb.
King.Az-ın xarici KİV-ə istinadən bildirdiyinə görə, son həftələrdə Konqo Demokratik Respublikasının (KDR) şərq hissəsində Ruanda ordusu tərəfindən dəstəklənən tusi üsyançıları ilə hökumət qüvvələri arasında şiddətli döyüşlər baş verib.
Münaqişə nəticəsində üsyançılar Qoma və Bukavu kimi əsas şəhərləri ələ keçiriblər. İğtişaşlar və Konqo təhlükəsizlik qüvvələrinin geri çəkilməsi fonunda yerli əhali "Heineken"in Bukavuda yerləşən pivə zavodunu qarət edib.
Cümə günü vəziyyət daha da pisləşib. Üsyançılar şirkətin anbarına hücum ediblər. Şiddətin artması və təhlükəsizlik ilə əlaqədar şirkət Konqonun şərq hissəsindəki bütün fəaliyyətini dayandırmaq qərarına gəlib.

Oxşar Mövzular
Tramp Netanyahunu Ağ Evə dəvət edib
29-01-2025, 13:30
KİV: Qətərin "Patriot"lar üçün raket ehtiyatı dörd günə çata bilər
3-03-2026, 11:30Böyrək daşlarından qoruyan pəhriz
17-10-2024, 22:16