0
Şənbə
Mar 22

Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı

HASANLY
Fransanın keçmiş baş naziri (2017-2020-ci illər) və 2027-ci il prezident seçkisində iştirak üçün potensial namizəd Eduar Filipp təhdid məktubu və içərisində güllə olan zərf alıb.

King.Az-ın məlumatına görə, bu barədə "Ouest-France" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, zərf Havr meriyasına göndərilib. Filipp baş nazir postunu tərk etdikdən sonra bu meriyaya rəhbərlik edir. Eyni zamanda, qəzetin iddiasına görə, güllə "istifadə edilmiş"dir.

Polis məktubu göndərənin şəxsiyyətini və məqsədlərini müəyyən etmək üçün təhqiqata başlayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.