Çərşənbə axşamı
Mar 18

Cənubi Koreyada hərbi təlimlər: Hədəf Kim Çen Inın bunkerləridir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ və Cənubi Koreya hərbçiləri pilotsuz uçuş aparatları və dördayaqlı robot itlərdən istifadə etməklə Şimali Koreyada yeraltı tunel və bunkerləri blokadaya almaq və ələ keçirmək üçün təlimlərə başlayıb.

King.Az xəbər verir ki, bu barədə "Korea JoongAng Daily" (KJD) məlumat verib.

Qeyd olunur ki, təlimlərdə Cənubi Koreyanın pilotsuz uçan aparatları və İsveç istehsalı dördayaqlı yeriyən robotları da daxil olmaqla ən müasir hərbi texnologiyalardan istifadə edilib.

Məlumata görə, təlimlər kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarının tətbiqi ilə başlayıb. Cənubi Koreyanın "Dronebot" döyüş qrupu yeraltı obyektin yaxınlığında kəşfiyyat xarakterli dronları yerləşdirib. Cənubi Koreyanın mexanikləşdirilmiş bölmələri pilotsuz təyyarələrdən əldə edilən kəşfiyyat məlumatlarından istifadə edib qurudan hücuma keçərək, tuneldən kənarda düşmən qüvvələrini zərərsizləşdirib və giriş nöqtələrini bağlayıb.

Manevrlərdə 370 hərbçi iştirak edir. Martın 17-də başlayan təlimlər dörd gün davam edəcək.

Şimali Koreyanın yeraltı obyektlərinə tunellərdən əlavə, kütləvi qırğın silahlarının anbarları və şəhər yeraltı infrastrukturu daxildir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.