Çərşənbə axşamı
Mar 11

Serbiya prezidenti: "Məni öldürməli olacaqlar, başqa cür alınmayacaq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Serbiyada etiraz edən tələbələr və müxalifət tərəfdarları ölkə rəhbərliyini keçid hökumətinin yaradılmasına razılıq verməyə məcbur etmək üçün martın 15-də bir sıra dövlət strukturunu ələ keçirməyə cəhd edəcəklər".

King.Az-ın "Tanyuq" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

"Dövlət strukturlarının ələ keçirilməsindən sonra əsas tələb, onların planlaşdırdıqları kimi, hansısa keçid hökumətinin yaradılması olacaq. Onlar prezidenti devirə bilməzlər, çünki bilirlər ki, bu, ordu ilə qarşıdurmaya səbəb olacaq. Nə qədər ki, sağam heç bir keçid hökuməti ilə razılaşmayacağam, məni öldürməli olacaqlar, başqa cür alınmayacaq", - deyə o vurğulayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.